"Fənərbağça" klubu Can Armando Günerin təmsilçisi ilə danışıqlara başlayıb.

Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" gənc futbolçu üçün təklifini verib və gözləmə mövqeyinə keçib.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Qeyd edək ki, Can ötən günlərdə "Qalatasaray"la müqavilə imzalamaq üçün İstanbula gəlmişdi. Lakin daha sonra oyunçu icazəsiz gəldiyi üçün Münhenqladbax "Borussiya"sı onu geri çağırmışdı. 

Bu keçiddə son sözü 18 yaşlı futbolçu deyəcək.