Braziliya klubu "Kruzeyro" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, onlar Jersonu heyətinə cəlb edib. Bu keçid üçün "Zenit"ə 27 milyon avro ödənilib.

Jerson cəmi 6 aydır Sankt-Peterburq təmsilçisinin üzvü idi. O, burada 15 oyunda 2 qol vurmağı bacarıb.

Qeyd edək ki, "Zenit" onu "Flamenqo"dan 25 milyon avroya transfer etmişdi.