Misli Premyer Liqasının ilk hissəsini lider kimi başa vuran "Sabah" yoxlama oyununda qüvvəsini sınayıb

Offsideplus.az xəbər verir ki, onların rəqibi Ayxan Abbasovun çalışdırdığı "Şamaxı" olub.

"Bank Respublika Arena"da keçiriləcək qarşılaşma "bayquşlar"ın qələbəsi ilə başa çatıb - 2:0

Qolları Cesse Sekidika və Stefen Ende vurub.

Qeyd edək ki, "Sabah" Premyer Liqasının ilk dövrəsini lider kimi başa vurub. "Şamaxı" isə 20 xalla 7-ci yerdədir.