"Barselona" rəhbərlyii yayda Miki van de Veni transfer etməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, niderlandlı müdafiəçi də "Tottenhem"dən ayrılmağı düşünür.
Bu barədə "Sport" nəşri məlumat yayıb.
Van de Ven 2023-cü ildən "Tottenhem"də çıxış edir. O, cari mövsüm 27 oyunda 6 qol vurmağı bacarıb.
"Transfermarkt" portalına görə onun bazar dəyəri 65 milyon avrodur.



