“Neftçi” yoldaşlıq oyunu çərçivəsində Qazaxıstanın “Kayrat” klubu ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, görüş Bakı təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın hesabı 67-ci dəqiqədə Ağadadaş Salyanskinin qolu ilə açılıb. 89-cu dəqiqədə Vensan Abubakar fərqi artırıb. Qarşılaşmanın son nöqtəsini isə əlavə vaxtda — 90+2-ci dəqiqədə Murad Məmmədov qoyub.



