Fransa Liqa 1-də ötən ayın ən yaxşı oyunçusu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, icarə əsasında "Lion"da çıxış edən Endrik ilk ayındaca mükafatın sahibi olub.
O, yanvarda 2 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, braziliyalı hücumçu müqavilə ilə "Real Madrid"ə məxsusdur. O, yayda "kral klubu"na qayıdacaq.



