Ötən həftə Azərbaycan Qran-Prisində qalib gəlmiş Maks Verstappen bu dəfə "Ferrari 296 GT3" maşını ilə Nürburqrinqin əfsanəvi "Nordschleife" trekində dörd saatlıq yarışda qələbə qazanıb.
Offsideplus.az xəbər verir ki, sözügedən yarışda inanılmaz dominantlıq sərgiləyən niderlandlı pilot 15-ci dövrədən liderliyini bir dəqiqədən çox artırıb. Onun komanda yoldaşı Kris Lulhem daha sonra bir nöqtədə fərqin 23 saniyəyə azalmasına baxmayaraq, mövqeyini saxlaya bilib. Son dövrələrdə Lulhem "Ford Mustang GT3" maşınında yarışan Yann Mardenboro üzərində liderliyini qoruyub və 24,496 saniyə ilə damalı bayrağa birinci çatıb.
Beləliklə, həm Verstappen, həm də Lulhem trasda ilk yarışlarında təsirli qələbə qazanıblar.



