UFC 311 turniri çərçivəsində daha bir döyüş baş tutub.

Offsideplus.az xəbər verir ki, Merab Dvalaşvili Umar Nurmaqomedovla qarşılaşıb. Gərgin keçən döyüş Merabın qələbəsi ilə başa çatıb. Döyüşdən sonra Umar açıqlamasında əlinin sındığını qeyd edib: “Düşünürəm ki, ilk üç raundda qalib gəldim. Üçüncü raunddan sonra əlimi sındırdığımı düşündüyüm üçün yumruq ata bilmədim. Mən uduzduğumu düşünmürəm”.