"Tərəf tutmayacam, əsas zədəsiz qayıdın."
Offsideplus.az xəbər verir ki, Maqdi Amaçov Merab və Umar döyüşü ilə bağlı açıqlama verib. O, açıqlamasında bunları qeyd edib:
"Merab mənim yaxın dostumdur. Həyatımın ən çətin vaxtlarında mənə dəstək oldu, əlini uzatdı və bunun üçün sonuna qədər minnətdaram. Umar isə din qardaşımdır, həmyerlimdir. İlk tanışlığımızdan qardaş kimi olduq. Hər ikisinə həyatda və döyüşdə uğurlar arzulayıram. Tərəf tutmayacam, əsas zədəsiz qayıdın. Qucaqladım sizi".