Ağır çəki kateqoriyasının təmsilçisi Səid Nurməhəmmədov növbəti döyüşünü 28 yaşlı braziliyalı idmançı Vinisius Oliveyraya qarşı keçirəcək.

Offsideplus.az xəbər verir ki, döyüş 2025-ci ilin fevralın 1-də Səudiyyə Ərəbistanında keçiriləcək. Görüş UFC Fight Night 250 turnirində baş tutacaq. 

Qeyd edək ki, Səid sonuncu döyüşünü 2023-cü ilin oktyabrında keçirib və burada ilk raundda Muin Qafurovu boğucu fəndlə məğlub edib.