Serbiyada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.

Offsideplus.az xəbər verir ki, yığmamız turnirdə 4 medal qazanıb.

Belə ki, komandanın üzvlərindən İsmayıl Rzayev (82 kq) gümüş, Tural Əhmədov (60 kq), Məhəmməd Şükürzadə (63 kq) və Ruslan Nurullayev (72 kq) isə bürünc medal əldə edib.

Yekunda 93 xal toplayan Azərbacyan millisi komanda hesabında 3-cü yeri tutub. Türkiyə (123) birinci, Gürcüstan (116) isə ikinci olub.