Sentyabrın 19-da və 20-də UEFA Çempionlar Liqasının birinci turunun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, yeni sezonun ilk turunda bir neçə rekord qeydə alınıb. Birinci turda 16 oyunda 45 qol vurulub. Onlardan 17-si birinci, 28-i isə ikinci hissədə vurulub. Bu göstərici 12 il əvvəl 2006/2007-ci il mövsümündə qeydə alınmışdı. Birinci turda 6 oyunda meydan sahibləri, altısında isə qonaq komanda qalib gəlib. Dörd oyunda isə heç-heçə qeydə alınıb.
Oyunun baş hakimləri futbolçulara 67 sarı və 3 qırmızı vərəqə göstəriblər. Qapılara 8 dəfə 11 metrlik cərimə zərbəsi təyin edilib. Penaltilərin altısında futbolçular dəqiq olub. Alex Telles (“Şalke” – “Portu”) və Daniel Parejo (“Valensiya” – “Yuventus”) zərbələri dəqiq yerinə yetirə bilməyiblər.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının ikinci turu oktyabrın 2-də və 3-də oynanılacaq.