Uzun illərdir ki, sosial şəbəkələr internet məkanının əvəzolunmaz vasitəsinə çevrilib.
İstifadəçi kütləsi sürətlə artan və populyarlıq qazanan platformalardan biri də "Telegram" sosial şəbəkəsidir.
Artıq ölkəmizdə də bu platformadan geniş istifadə olunur. Ələlxüsus media resursları bu sosşəbəkədən aktiv şəkildə istifadə edirlər. "Telegram"da idman növləri üzrə kanallar da fəaliyyət göstərir.
Onların sırasına yeni kanal da qoşulub. Belə ki, "Fighting.az" "Telegram" kanalında UFC, MMA, güləş, boks, cüdo - bir sözlə, təkbətək idman növlərinə aid ən son məlumatlar, maraqlı şəkil və videolar, statistikalar paylaşılır.
Təqdim edəcəyimiz linkə daxil olaraq "Fighting.az" kanalına abunə olub, ən son xəbərlərdən agah ola bilərsiniz.