Fransa Super Kubokunun finalında PSJ və Monako qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, oyun paytaxt klubunun minimal hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu əsas vaxta əlavə edilmiş ikinci dəqiqədə Usman Dembele vurub.
Paris təmsilçisi tarixində 13-cü dəfə Fransa Super Kubokunun sahibi olub.