Azərbaycanın qadın güləşçisi Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda mübarizə aparacaq.
Offsideplus.az-ın məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən idmançının 1/8 final mərhələsində uduzduğu nigeriyalı Blessinq Oborududu finala yüksəlib. Bu səbəbdən Manolova təsəlliverici qarşılaşmada iştirak hüququ qazanıb.
***
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşlərə qatılacaq.
Offsideplus.az-ın məlumatına görə, buna idmançının 1/4 finalda uduzduğu qırğızıstanlı Akjol Mahmudovun yarımfinal görüşündə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gələrək, finala vəsiqə qazanması səbəb olub.
Təsəlliverici görüşlər avqustun 3-də keçiriləcək.
09:07
Bu gün Azərbaycan güləşçiləri Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıblar.
Offsideplus.az xəbər verir ki, 77 kq. çəkidə yarışan yunan-Roma güləşçisi Rafiq Hüseynov 1/8 finalda isveçli Aleks Kessidislə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hüseynov sonuncu xal prinsipinə əsasən qalib gələrək 1/4 finala yüksəlib. O, bu raundda Akjol Mahmudovla (Qırğızıstan) görüşüb. Güləşçimiz 1:9 hesabı ilə uduzub. Mahmudov finala yüksəlsə, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.
Bu gün qadın güləşçimiz Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
68 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində nigeriyalı Blessinq Oborududu ilə üz-üzə gəlib. Manolova rəqibinə 13:2 hesabı ilə uduzub. Oborududu finala çıxacağı təqdirdə Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.