İngiltərənin Mançester şəhərində təşkil edilən taekvondo üzrə dünya çempionatına yekun vurulub.
Offsideplus.az-ın məlumatına görə, yarışın son günündə Azərbaycan millisinin titullu üzvlərindən olan Milad Beigi Harçeqani 80 kq çəki dərəcəsində karyerasında ikincə dəfə dünya çempionu olub. O, mərhələ döyüşlərində Kuba, Fransa, Moldova və Cənubi Koreya təmsilçilərinə şans verməyərək finala vəsiqəni təmin edib. Həhlledici mərhələdə yunanıstanlı Apostolos Telikostoqlunu da 22:12 hesabı ilə məğlub edən Harçeqani fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, Azərbaycan himnini sələndirib.
Qeyd edək ki, Milad Beigi Harçeqani ilk dünya çempionluğunu 2017-ci ildə Cənubi Koreyanın Muju şəhərində qazanıb. 2015-ci il Avropa Oyunlarının qalibi, Dünya kubokunun ikiqat sahibi (Meksika 2015, Bakı 2016), 2016-cı il Avropa çempionu (İsveçrənin Montrö şəhəri), Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı (Rio-de Janeyro- 2016), Universiadanın qalibi (Çin Taypey-2017), Qran-prinin qalibi (Bakı 2016), Qran-Pri turnirin bürünc medalı (Rabat 2017) və “Böyük Dəbilqə” turnirin bürünc medalına (Çin res. Usi-2017) sahib olub.
Çempionata 10 idmançı ilə qatılan Azərbaycan millisi yarışı bir qızıl və bir bürünc medalla başa vurub. Daha öncə isə qadın taekvondoçu Fəridə Əzizova 67 kq çəki dərəcəsində yarışın bürünc medalını qazanıb.