Türkiyənin Antalya şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatının son günündə Azərbaycan idmançıları daha iki medal qazanıblar.
Offsideplus.az xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan Elimxan Manafov (K42) bürünc medala sahib olub. Eyni çəkidə yarışan komandanın kapitanı Nicat Müslümov (K42) isə gümüş medal qazanaraq yarışı ikinci pillədə başa vurub.
Qeyd edək ki, ilk yarış günündə Röyalə Fətəliyeva (49 kq) da bürünc medal qazanıb. Beləliklə, baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələri dünya çempionatından 1 gümüş və 2 bürünc medalla dönür.