Azərbaycanlı döyüşçü Rafael Fiziyev ötən həftə keçirilən UFC313 yarışı barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, həmvətənimiz yarımağır çəkidə kəmər uğrunda döyüşdə rusiyalı Maqomed Ankalayevin braziliyalı Aleks Pereyra üzərində qələbəsini şərh edib.
"Ankalayev təzyiq göstərir, mübarizəni parterə keçirə biləcəyi ilə bağlı təhdidlər edirdi. Belə rəqiblərlə döyüşmək çətindir. Ankalayev ideal çıxış etdi. Ancaq bilirsiniz mən nə haqda fikrimə daldım? Görəsən Pereyra niyə Pereyra kimi döyüşmədi? Bunu başa düşə bilmədim. Bəlkə çoxlu döyüşlər keçirmişdi, onun resursları sadəcə, tükənmişdi" - deyə Fiziyev vurğulayb.
Xatırladaq ki, M.Ankalayev A.Pereyranı məğlub etməklə, karyerasında ilk dəfə UFC kəmərinə yiyələnib. UFC313-də yüngül çəkidə oktaqona çıxan Rafal Fiziyev isə hakimlərin yekdil qərarı ilə ABŞ təmslçisi Castin Qeyciyə uduzub.