Azərbaycan güləşçisi Elnur Məmmədova Albaniyanın paytaxtı Tiranada təşkil olunan Avropa çempionatında finala yüksəlib.

Offsideplus.az xəbər verir ki, 53 kq çəki dərəcəsində yarışan xanım idmançımız italiyalı Mariya Feroneyə (11:0) və ispaniyalı Karla Solerə (12:0) tam üstünlüklə qalib gəlib. Elnurə həlledici görüşdə sabah Rusiya təmsilçisi Yekaterina Karpuşkina ilə qüvvəsini sınayacaq.

23 yaşadək güləşçilər arasında keçirilən qitə birinciliyndə bu gün digər həmyerlilrimizdən Gültəkin Şirinova (57 kq) 1/4 finalda belaruslu Arina Martinavaya 2:10 hesabı ilə uduzub. Buna baxmayaraq, onun bürünc medal qazanmaq şansı var. Rəqibi finala yüksəldiyi üçün Gültəkin təsəlliverici görüşdə sabah türkiyəli Əminə Çakmakla güləşmək hüququna yiyələnib.

Həmçinin Ruzanna Məmmədova (65 kq) bürünc medal qazana bilər. Belə ki, polşalı Olqa Padoşiki (6:3) və rusiyalı Yekaterina Koşkinanı (8:6) mübarizədən kənarlaşdıran Ruzanna yarımfinalda Belarus idmançısı Kseniya Tsiareniyaya 1:3 hesabı ilə məğlub olub. Sabah o, bürünc medal uğrunda Oleksandra Rıbak (Ukrayna) – Beyza Akkuş (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək

Təəssüf ki, bu gün Birgül Soltanova (62 kq) üçün uğursuz alınıb. Həmyerlimiz 1/4 finalda fransalı İris Tibunu üstələməyi bacarmayıb - 1:3.