2025-ci ilin ilk reytinq turniri Xorvatiyada davam edir.

Offsideplus.az xəbər verir ki, reytinq turnirində iştirak edən millimiz, yarışın növbəti günündə 2 medal qazanıb. Medallardan biri gümüş, digəri isə bürünc olub. Belə ki, Osman Nurmaqomedov (92kq) gümüş medal, Abubakr Abakarov (92 kq) bürünc medal qazanıb.

Qadın güləşi üzrə millimizin üzvü Elnurə Məmmədova (55 kq) yarımfinalda Samanta Stüarta uduzub – 1:12. Bürünc medal uğrunda görüşdə də, məğlub olan güləşçimiz medal qazana bilməyib.

Qeyd edək ki, millimiz ilk yarış günündə 1-i qızıl olmaqla, 5 medal qazanmışdı.