İngiltərə Premyer Liqasının XXX turunda "Aston Villa" ilə keçirilən səfər oyunu "Çelsi"nin baş məşqçisi Frenk Lempard üçün əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, "zadəganlar"ın 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşma gənc mütəxəssisin baş məşqçi postunda 100-cü görüşü olub.

Qeyd edək ki, 42 yaşlı çalışdırıcı həmin matçların 46-da qələbəyə sevinib. Bu qalibiyyətin 22-si "Çelsi"də, 24-ü isə "Derbi Kaunti"də yaşanıb.