La Liqanın 28-ci turunda “Eybar”la qarşılaşacaq “Real” ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, “kral klubu”nun yarımmüdafiəçisi Lukas Vaskes sıradan çıxıb. Onun fiziki yüklənmə səbəbiylə sağ ayağının əzələsindən zədələndiyi bildirilir. Komandanın son məşqində iştirak etməyən 28 yaşlı futbolçunun “Eybar”la oyunu buraxacağı bildirilir.

Qeyd edək ki, “Real” - “Eybar” oyunu iyunun 14-də, saat 21:30-da start götürəcək.