Futbol üzrə Qazaxıstan çempionatının bərpa olunacağı tarix müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, mövsüm iyulun 1-də start götürəcək.
Artıq çempionatın bərpası üçün təlimat hazırlandığı bildirilib. Bütün oyunlar azarkeşsiz keçiriləcək və stadiondakı işçilər məhdud sayda olacaq.
Qeyd edək ki, Qazaxıstan çempionatı martın 16-da koronavirus pandemiyasına görə dayandırılıb.