İngiltərənin “Liverpul” klubu müdafiəçisi Nataniel Klayn ilə yollarını ayırmağa qərar verib.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, rəhbərlik müqaviləsinin müddəti iyunun sonunda başa çatacaq futbolçu ilə yeni anlaşma imzalamağa ehtiyac duymayıb.
İngiltərə yığmasının da üzvü olan Klayn “Liverpul”da 2015-ci ildən çıxış edirdi. 29 yaşlı futbolçu karyerası ərzində “Kristal Pelas”, “Sauthempton” və “Bornmut”da da forma geyinib.