Rusiyanın “Orenburq” klubunda 8 nəfər koronavirusa yoluxub.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yoluxanlardan 6-sı futbolçu, 2-si isə klub işçisidir. 

Koronavirusa yoluxan şəxslərin adı açıqlanmayıb. Həmin şəxslər Premyer Liqanın 23-cü turunda baş tutan “Lokomotiv”lə oyundan (0:1) əvvəl testdən keçirilib və nəticələri neqativ olub.