“Ayaks” müdafiəçisi Lisandro Maqallan ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, futbolçu İspaniyanın “Elçe” klubuna keçib.

 Tərəflər arasındakı müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub. Maqallan yeni klubu ilə azad agent kimi müqavilə bağlayıb.

Qeyd edək ki, argentinalı müdafiəçi 2019-cu ildən “Ayaks”da çıxış edirdi.