Niderlandın “Feyenoord” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Erediviziya təmsilçisi “Sevilya”dan Usama İdrissini transfer edib.

26 yaşlı vinger 2022/2023 mövsümünü icarə əsasında “Feyenoord”da keçirəcək.

Qeyd edək ki, mərakeşli futbolçu 2020-ci ilin oktyabrında 12 milyon avro qarşılığında “Alkmaar”dan “Sevilya”ya keçib.