"Feyenoord"un futbolçusu Splinter de Mouy futbolçu karyerasını bitirib.

Offsideplus.az xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabından açıqlama verib. Tibb fakültəsinə daxil olan 19 yaşlı yarımmüdafiəçi peşəkar futbol karyerasını başa vurduğunu bildirib. 

Qeyd edək ki, 2020-ci ilin iyulunda Niderland təmsilçisi ilə müqavilə bağlayan Splinterin anlaşması 2021-ci ilin iyununda başa çatır.