Futbol üzrə Niderland yığmasının sabiq futbolçusu Ron Vlaar karyerasını bitirib.

Offsideplus.az xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçi səhhətində yaranan problemlərə görə futbolçu karyerasını sonlandırıb.

Qeyd edək ki, Niderland millisində 32 oyuna çıxan müdafiəçi, ölkəsində “Feyenoord” və “Alkmaar”da, İngiltərədə isə “Aston Villa”nın heyətində çıxış edib.