Niderland Erediviziyasının 17-ci turunda günün gözlənilən "Ayaks" - "Feyenord" qarşılaşması baş tutub. 

Offsideplus.az xəbər verir ki, Niderland derbisinin qalibi "Ayaks" komandası olub. Minimal hesabla qalib gələn ev sahibləri xallarının sayını 41-ə çatdıraraq liderliyini qoruyub. Turnir cədvəlinin ikincisi 38 xalla "Vitesse"dir.

 "Ayaks" - "Feyenord" 1:0 (R.Qravenberç, 22.)