Mövsümün sonunda Covanni van Bronxorstla yolları ayıracaq “Feyenoord” klubunun yeni baş məşqçisi məlum olub. 

Offsideplus.az xəbər verir ki, gələn mövsümdən komandanı Yap Stam çalışdıracaq. 46 yaşlı məşqçi ilə 2 illik müqavilə imzalanıb. Hollandiya millisinin sabiq üzvü iyunun 1-dən işinə başlayacaq.

 Qeyd edək ki, “Feyenooord” Hollandiya çempionatında 24 turdan sonra 46 xalla 3-cü pillədə qərarlaşıb.