İspaniya millisinin qapıçısı Xuan Qarsiyanın Dünya Çempionatına çağırılmamaq riski var.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Luis de la Fuente daha çox güvəndiyi qapıçılara – Unai Simon, David Raya və Aleks Remiroya üstünlük verir. Mövcud vəziyyətdə bu üçlükdən biri zədələnməzsə və ya turnirə hazır olmazsa, Xuan Qarsiyanın Dünya Çempionatının heyətindən kənarda qalacağı bildirilir.
Qeyd edək ki, De la Fuente seçimlərində sabitliyə və uzun müddətdir etibar etdiyi futbolçulara önəm verir.



