PSJ-nin idman direktoru Luiş Kampuş Səudiyyə Ərəbistanı Futbol Federsiyasından 200 milyon avro dəyərində təklif alıb.
Offsideplus.az xəbər verir ki, tərəflər ötən həftə İsveçrədə görüşüblər.
Kampuşa illik 20 milyon avro olmaqla, 10 illik müqavilə təklif olunub. Əvəzində, portuqaliyalı futbol funksioneri Səudiyyə Ərəbistanı yığmasını 2034-cü ildə doğma divarlar arasında keçirləcək dünya çempionatında yarımfinala qədər daşımalıdır.
O, hələlik heç bir sənədə qol çəkməyib. Yeun qərar üçün ona bu iln sonunadək vaxt verilib. Kampuş PSJ-də qalmağı üstün saysa da, Paris təmsilçisi ilə yeni müqavilənin imzalanması üçün aparılan danışılar maliyyə məsələlərinə görə nəticəsiz qalıb.