"Necə xatırlanmaq istərdim? Hər şeydən əvvəl yaxşı insan kimi".

Offsideplus.az xəbər verir ki, bu sözləri Leo Messi "Television Publica"ya müsahibəsində deyib. O, tənqid olunduğu günlərdən danışıb:

"Çətin günlərimdə çox tənqid olundum. Bir nəslin məni canları bahasına müdafiə etdiyini gördüm və bunun üçün bir çox insanla mübarizə apardılar. Bu, möhtəşəmdir. Dünya Kubokunu qazanmağım onları da qane etdi", - Messi qeyd edib.