Leo Messi Dünya Kubokunu qazanandan sonra komanda yoldaşları və məşqçi heyətinə hədiyyə edib.
Offsideplus.az xəbər verir ki, argentinal ulduz 35 ədəd qızıl örtüklü "iPhone 14" sifariş edib. Hədiyyənin ümumi dəyəri 175 000 funt-sterlinq civarında olub.
Qızıl örtükdə Argentina millisinin loqosu və hər bir futbolçu və ya məşqçinin adı yazılıb.
Qeyd edək ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının finalında Argentina millisi Fransaya qalib gəlib.
Lionel Messi will gift 35 gold iPhone 14's to all the Argentina players and staff which won the World Cup. Via IDesignGold on Instagram. ??? pic.twitter.com/yDE9PkalcG
— Roy Nemer (@RoyNemer) March 2, 2023