Xorvatiya millisinin üzvü Luka Modriç yığmadakı karyerası haqda danışıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu DÇ-2022-də 3-cü yer uğrunda keçirilən Mərakeşlə oyundan (2:1) sonra sözügedən məsələ ilə bağlı fikir bildirib.
37 yaşlı yarımmüdafiəçi millidəki karyerasına davam edəcəyini söyləyib:
"Millətlər Liqasında Xorvatiya ilə oynamağa davam edəcəyəm. Bundan sonra nələr olacağına baxacağıq".
Qeyd edək ki, Luka Modriç 2006-cı ildən çıxış etdiyi milli komandada 162 oyunda meydanda olub və 23 qolla yadda qalıb.