Bu gün DÇ-2022-də bürünc medal uğrunda qarşılaşma keçirilib.

Offsideplus.az xəbər verir ki, matçda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəlib.. "Xəlifə" stadionunda keçirilən matçda xorvatlar rəqib üzərində 2:1 hesablı qələbə qazanaraq, bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, yarımfinalda Xorvatiya Argentinaya (0:3), Mərakeş isə Fransaya uduzub (0:2).

DÇ-2022

Bürünc medal uğrunda oyun

19:00. Xorvatiya - Mərakeş 2:1
Qollar:
Qvardiol, 7. Orsiç, 42. - Dari, 9.

Baş hakim: Əbdülrəhman Əl-Yassin (Qətər)

"Xəlifə" stadionu.