Argentina yığmasının sabiq futbolçusu Serxio Aquero yığma ilə birgə məşq edib.

Offsideplus.az xəbər verir ki, 34 yaşlı keçmiş forvard cümə axşamı millinin məşqində iştirak edib və qol vurub.Həmçinin qeyd olunur ki, Aquero Lionel Messi ilə bir otağı bölüşür .

Qeyd edək ki, Aquero 2006-2021-ci illərdə Argentina yığmasında oynayıb. O, ötən il səhhətindəki problemlərə görə karyerasını başa vurub.

Əlavə edək ki, Argentina millisi dekabrın 18-i Fransa ilə DÇ-2022-nin final oyununa çıxacaq.