Mərakeş millisinin dünya çempionatının 1/4 finalında Portuqaliyaya (1:0) qalib gəldiyi görüş Afrika təmsilçisinin qapıçısı Yasin Bunu üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, o, bir mundialda üç oyunda qapısını toxunulmaz saxlayan ilk afrikalı qolkiper olub. Bu barədə "Opta Sports" məlumat yayıb. Onu da qeyd edək ki, sözügedən görüş Yasin Bununun Mərakeş millisinin heyətində 50-ci matçını kimi yadda qalıb.
Xatırladaq ki, Mərakeş yarımfinalda Fransa ilə qarşılaşacaq. Görüş dekabrın 14-ü Bakı vaxt ilə saat 23:00-da başlayacaq.