İngiltərə millisinin üzvü Harri Keyn dünya çempionatının 1/8 finalında Seneqalla matçda (3:0) fərqlənib.
Offsideplus.az "Opta"ya istinadən xəbər verir ki, 29 yaşlı forvard dünya çempionatlarında ümumilikdə qapıya 7 zərbə vurub ki, bunların da hamısı qolla nəticələnib. Bu, mundial tarixində bir ilkdir.
Bundan əlavə, Keyn DÇ-də İngiltərə millisinin heyətində 11-ci qolunu vuraraq, yığmada ən çox qol vuran futbolçu olub. O, Qari Linekerin 10 qolluq rekordunu üstələyib.
Qeyd edək ki, ötən gecə İngiltərə Seneqala qalib gələrk (3:0) 1/4 final adlayıb. Komanda bu mərhələdə son dünya çempionu Fransa ilə qarşılaşacaq.