Tunis yığması Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatından kənarlaşdırıla bilər.

Offsieplus.az xəbər verir ki, bu bardə "Le Parisien" məlumat yayıb. 

Xəbərə görə, dövlətin futbol işlərinə qarışması səbəbindən milli komanda turnirdən kənarlaşdırılma təhlükəsi ilə üz-üzədir. Bundan əvvəl Tunisin gənclər və idman naziri Kamel Deqiş ölkənin Futbol Federasiyasının ləğv edə biləcəyinə eyham vurub. FİFA isə onun sözlərini ölkənin futbol federasiyasının fəaliyyətinə müdaxilə kimi qiymətləndirir.

Əgər bu cür qərar verilsə, Tunis seçməsini DÇ-də İtaliya millisi əvəzləyə bilər. Buna səbəb hazırkı FIFA reytinqində DÇ-dan kənar qalan komandalar arasında ən yüksək göstəricinin məhz İtaliyaya məxsus olmasıdır.

Qeyd edək ki, Qətərdəki mundial 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Tunis millisi Avstraliya, Danimarka və Fransa komandaları ilə bir qrupda mübarizə aparacaq.