Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Dünya çempionatının seçmə mərhələsində keçirəcəyi görüşün başlama vaxtı məlum olub.

Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığma komanda sentyabrın 6-da öz meydanında Bosniya və Herseqovina seçməsini qəbul edəcək. 

“Dalğa Arena”da keçiriləcək matç saat 20:00-da başlayacaq.