Misir millisinin qapıçısı Essam Əl-Haydari dünya çempionatının tarixinə düşüb.
Offsideplus.az xəbər verir ki, o, mundial tarixinin ən yaşlı oyunçusu olub. 45 yaşlı qolkiper DÇ-2018-in qrup mərhələsinin 3-cü turunda hazırda davam edən Səudiyyə Ərəbistanına qarşı matçda iştirak edib.
Qeyd edək ki, bundan əvvəlki rekord DÇ-2014-də oynayan Kolumbiya millisinin üzvü Farid Mondraqonuya (43 yaş) məxsusdur. |