Almaniya millisinin yarımmüdafəçisi Toni Kroos DÇ-2018-də İsveçə vurduğu qol haqda danışıb.

Offsideplus.az xəbər verir ki, o deyib ki, cərimə zərbəsini yerinə yetirəməzdən əvvəl komanda yoldaşı Marko Roysla məsləhətləşib:

“O dedi ki, topu birbaşa qapıya vurum. Cavab verdim ki, belə zərbə çətin ki, qolla nəticələnə. Ona görə də əvvəl Roys topa toxunub mənə ötürdü və uzaq küncə zərbə endirməklə gözəl qol alındı”.

Xatırladaq ki, Kroos 90+5-ci dəqiqədə cərimə zərbəsindən vurduğu qolla komandasına 2:1 hesablı qələbə qazandırıb.