Misir millisi DÇ-2018-in qrup mərhələsinin 2-ci turunda Rusiya ilə oyun öncəsi son məşqinə çıxıb.
Offsideplus.az xəbər verir ki, yığmanın hücumçusu Məhəmməd Salah komanda ilə ümumi məşqdə iştirak edib.
Millinin baş məşqçisi Hektor Kuper deyib ki, M.Salahın sabahkı matçda iştirak edib-etməyəcəyi ilə bağlı son qərarı bu gün verəcəklər.
Qeyd edək ki, M.Salah DÇ-2018-in ilk turunda Uruqvayla görüşü buraxıb.