Braziliya millisinin və PSJ-nin futbolçusu Dani Alveş DÇ-2018-i buraxmalı olacaq. 

Offsideplus.az Fransanın "L"Equipe" qəzetinə istinadən xəbər verir ki, Fransa kubokunun finalında "Le Erbe" ilə matçda zədələnən PSJ-nin müdafiəçisinin mundiala kimi hazır olmayacağı dəqiqləşib.

 Qeyd edək ki, D.Alveş bu mövsüm 41 matçda 5 qol vurub, 10 qolun ötürməsini verib.