Braziliyalı ulduz Neymarın futbol karyerasını bu il bitirmək ehtimalı gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, hücumçu Dünya Çempionatına dəvət almazsa, futbolu tərk etməyi ciddi şəkildə nəzərdən keçirə bilər.

Bildirilir ki, Neymar üçün hazırda futbolda yeganə motivasiya Dünya Çempionatında oynamaq və titul qazanmaqdır. Onun hazırda keçdiyi bərpa prosesi, intensiv məşqləri və etdiyi fədakarlıqların hamısı yalnız bu məqsədə yönəlib.

Ulduz futbolçunun düşüncəsində yalnız bir hədəf var – milli komandaya qayıtmaq və Dünya Çempionatında son dəfə tarix yazmaq.