Futbolda penalti zərbəsi ilə bağlı qaydalara dəyişiklik edilə bilər. 

Offsideplus.az xəbər verir ki, dünyanın ali futbol qurumu FİFA bu məsələni müzakirə etməyə hazırlaşır. Təklif olunan yenilikdə penalti zərbəsi zamanı top qapıya daxil olmayıbsa, futbolçular tərəfindən ikinci toxunuşa icazə verilmir və oyun qapıdan zərbə ilə başlamalıdır.

Qeyd edək ki, hazırkı qaydaya əsasən, qapıçıdan  qayıdan topu penalti zərbəsini yerinə yetirən futbolçu təkrar zərbə ilə qapıdan keçirə bilər.