“Tottenhem”in hücumçusu Rişarlison karyerasını Misirdə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, onun xidmətində "Əl-Əhli" maraqlıdır.
Qeyd olunur ki, "Tottenhem" braziliyalını 60 milyon funt-sterlinq qarşılığında satmağa razıdır.
Adıçəkilən oyunçu 2022-ci ildən Premyer Liqa klubunda çıxış edir. O, geridə qalan mövsümdə 31 matçda 12 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.