Leo Messi Çin xalqının qəzəbinə tuş gəlib. 

Offsideplus.az xəbər verir ki, argentinalı ulduz "İnter Mayami"nin Yaponiyada keçirdiyi yoldaşlıq oyununda meydana çıxsa da, Honq-Konq şəhərindəki oyunda iştirak etməyib. Çin mətbuatı və siyasətçilər Messinin bu addımının siyasi olduğunu və ölkəni utandırmaq məqsədi güddüyünü açıqlayıb. "Messi bir də Honq-Konqa ayaq basmamalıdır", media qeyd edib.
 
Leo zədəyə görə Çindəki oyunda ehtiyat heyətdə yer almışdı.
"Ümid edirəm, bir gün buraya qayıdıb, azarkeşlərimiz və Honq-Konqdakı dostlarımız üçün ən yaxşı oyunumuzu sərgiləyərik", Messi deyib.